Mart 29, 2024, 03:09:29 öö

Haberler:

Forumda paylaşılan bütün rar dosyaların parolası "bgaforum" dur.


Birde benim dilimden BGA ÇİPLER

Başlatan CRM, Mart 09, 2020, 12:53:31 öö

« önceki - sonraki »

CRM

Azerbaycan dilinde yazılmıştır.



Birdə mənim dilimdən BGA Çiplərin incəlikləri... :)
BGA Çiplər yan kəsimdən baxdığımız zaman 5 ana hissədən ibarətdir.
1. Slikon kristal
2. Plomb yapışqanı
3. Mikro toplar
4. Alt təbəqə
5. Lehim topları

Mikro toplar lehim toplarına bənzəyir. Lehim topları BGA çipi PCB ilə təmas yaratmaq üçün istifadə edilir.
Mikro toplar isə Silikon kristalı ilə Çipin alt təbəqəsini bağlamaq üçün istifadə edilir. Amma hər ikisinin komponentləri və hazırlanma prinsipləri fərqlidir. BGA çiplərin əsəs problemi Plomb yapışqandan istifadə edilməsidir. Flip-Chip paket quruluşunda, doldurucunun (Plomb yapşqanı) və digər hissələrin genişlənmə dərəcəsi çox yüksəkdir. Genişlənmə nisbəti çox böyükdürsə, zamanla Silikon kristal və Alt təbəqə arasında zəif təmasa səbəb olur. Və bu səbəndən görüntü problemı yaranır anakartda. Bu hal baş verildiyi zaman servislər nə düşünür ? Hava feni ilə çipi isitmək ;) . Daha sonra REBALL (yenidən top qəliflənməsi) əgər bacarırlarsa. Bu prosesdən sonra anakart bərpa olunur. Amma bu xoş günlər çox uzun keçməz. Bu zaman bilirsiz nə baş verir əslində ? BGA Çip Reball və anakarta lehimlənmə əsnasında Mikro lehimlər də bu istilikdə Alt təbəqə arasında lehimlənər. Çünki bu istilik zamanı Mikro lehim topları genişlənir və təmas yaranır. Müstəri yenidən servisə müraciət edir. Servis nə düşünür ? Yəqin ki, Çip yaxşı oturmayıb :D . Və yenidən Çip Reball edilir və bu dəfə görüntü bərpa olur amma bu ilk Reball-dan daha az davam edir və bu dəfə BGA Çip "ölür". Olan müstərinin gibinə və anakartının başına açılan oyunlar qalır. Servis yeni Çip təklif edir. Amma Servis düzgün bilgi sahibi olsaydı hər BGA Çipin Reball olmadığını müəyyən etməsi gərəkirdi. Necə? Hər şeyi məndən gözləməyin ;) Amma ip ucu verim yenədə. BGA Çiplərin Reball prosesini başlamadan öncə onun Ekran kartı (GPU) yoxsa Çipset (FCH/PCH) olmasıdır. Fərq edir ? Bəli edir. Çünki, ekran kartlarını Reball prosesində çox uzun zaman dayanmazlar (ay və ya il). Ekran kartının üzərindəki DC (istehsal ili) görə müyyən etmək gərək ki, o ekran kartı neçə ildi işləyir. Bunuda sizin məntiqiniz və təcrübəniz qərar verməlidir. Bu problemi əsasən ekran kartları yaradır. Çünki yüksək qrafikdə istilik yaranır və Mikro toplar soyuduğu zaman bükülməyə başlayırlar. Və bu səbəbdən anakartda görüntü problemləri yaşanır. Çipsetlər isə ekran kartlarına nəzərən Reball prosesindın sonra uzun müddət problem yaşanmadan sizi yarıda qoymazlar. Nəyə görə? Orasınıda siz düşünün artıq ;). Ekran kartlanın Reball olarmı yoxsa yox fikrini Post Card vasitəsi ilə bilmək mümkündür. Lakin bu yöntəmlə müəyyən etmək üçün üst səviyyədə çalışma bacarığınız olmalıdır. Anakartda görüntü yoxdursa Post Card ilə ekran kartı kodu oxunduğu görünərsə o zaman ekran kartını Reball etmək olar. Amma bu hər BGA Çipin Reball olunma mənasına gəlməz. Bu sizin anakartı düzgün qavramanız, məntiqli şəkildə incələməniz, təcrübəniz və sizin savadınıza qalan işdir. Hər sahə düzgün bilik tələb edir...
Əgər sizə maraqlı gəldisə LİKE edə bilərsiz məsələn  8)
DIACOM Computer Service (by CRM)
Job: Senior Technician
YouTube Channel: CRM
Contact me: You are not allowed to view links. Register or Login
Web site: You are not allowed to view links. Register or Login
Forum: You are not allowed to view links. Register or Login